XİN: Peru prezidenti Venesuelanın daxili işlərinə qarışır

XİN: Peru prezidenti Venesuelanın daxili işlərinə qarışır Venesuela Xarici İşlər Nazirliyi Peru prezidenti Pedro Pablo Kuçinskini "xalq düşməni" adlandırıb
Digər ölkələr
12 Avqust , 2017 15:47
XİN: Peru prezidenti Venesuelanın daxili işlərinə qarışır

Bakı. 12 avqusta. REPORT.AZ/ Venesuela Xarici İşlər Nazirliyi (XİN) Peru prezidenti Pedro Pablo Kuçinskini "xalq düşməni" adlandırıb.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, XİN Peru prezidentini Venesuelanın daxili işlərinə qarışmaqda və tarixən yaxşı olan əlaqələri pozmada ittiham edib.

XİN-in bəyanatında bildirib ki, Venesuela hökuməti siyasi elitanın etdiyi hərəkətlərə rəğmən, Peru xalqı ilə əlaqələri gücləndirmək üçün addımlar atacaq.

Xatırladaq ki, bundan öncə Peru XİN-i Venesuela səfirini ölkədən qovub.

Son xəbərlər

Orphus sistemi