Yuxarı
    Bağlamaq

    Xeyriyyə təşkilatı Aralıq dənizində 6 min qaçqını xilas edib

    Xilasetmə zamanı gəmilərdən biri az qala qəzaya uğrayacaqmış

    Bakı. 17 aprel. REPORT.AZ/ “Jugend rettet” (“Gənclik xilas edir”) xeyriyyə təşkilatı Aralıq dənizində son 3 gündə 6 min qaçqını xilas edib. 

    “Report” “DW”yə istinadən xəbər verir ki, bunu xeyriyyə təşkilatının “Luventa” adlı gəmisinin kapitanı Kay Kalteqertner bildirib.

    Onun sözlərinə görə, batmaq təhlükəsi ilə üzləşən insanları sudan gəmi göyərtələrinə qaldıraraq, xilas ediblər.

    İnformasiyaya əsasən, xilasetmə zamanı gəmilərdən biri az qala qəzaya uğrayacaqmış. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi