​Xeyriyyə aksiyası zamanı faciə baş verib

​Xeyriyyə aksiyası zamanı faciə baş verib Hadisə zamanı xəsarət alanların dəqiq sayı məlum deyil
Digər ölkələr
10 İyul , 2015 20:10
​Xeyriyyə aksiyası zamanı faciə baş verib

Bakı. 10 iyul. REPORT.AZ/İyulun 10-da Banqladeşin Mimensinqx şəhərində kasıblara yardım paylanan zaman baş verən izdihamda ən azı 23 nəfər həlak olub. Onların arasında 21qadın və 2 uşaq da olduğu bildirilir.

"Report"unTASS agentliyinə istinadən verdiyi xəbərə görə, imkansız insanlara humanitar yardım paylanması üçün yerli sahibkar öz həyətində belə bir aksiya təşkil edib.

Verilən məlumata əsasən, izdiham imkansız və ehtiyac içərisində yaşayan 1500-ə yaxın insanın xeyriyyə aksiyasının təşkil edildiyi yerə dar darvazadan eyni zamanda keçmək istəyərkən yaranıb.

Hadisə zamanı xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi