Xarvi Vaynşteynin şirkəti özünü müflis elan edib

Xarvi Vaynşteynin şirkəti özünü müflis elan edib Bu barədə sənədlər Delaver ştatı məhkəməsinə təqdim olunub
Digər ölkələr
280
20 Mart , 2018 08:48
Xarvi Vaynşteynin şirkəti özünü müflis elan edib

Bakı. 20 mart. REPORT.AZ/ Hollivudun cinsi zorakılıq hallarında ittiham edilən kinoprodüseri Harvi Vaynşteynin təsisçisi olduğu "Weinstein Company" şirkəti özünü müflis elan edib. Bu barədə sənədlər Delaver ştatı məhkəməsinə təqdim olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, "Lantern Capital" firması "Weinstein Company"yə görə 300-320 milyon dollar ödəməyə hazırdır.

Vaynşteyn qardaşları martın 2-də bəyan ediblər ki, səhmdarlarla şirkət aktivlərinin əsas hissəsinin 500 milyon dollara satılmasını razılaşdırıblar.

Son xəbərlər

Orphus sistemi