​Xaker hücumu səbəbindən Varşava aeroportu fəaliyyətini dayandırıb

​Xaker hücumu səbəbindən Varşava aeroportu fəaliyyətini dayandırıb 1400 nəfər hava limanında qalıb
Digər ölkələr
22 İyun , 2015 05:15
​Xaker hücumu səbəbindən Varşava aeroportu fəaliyyətini dayandırıb

Bakı. 22 İyun. REPORT.AZ/ Ötən gün xaker hücumu səbəbindən Varşavanın Frederik Şopen adına Beynəlxalq Hava Limanı təqribən iki saat fəaliyyətini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə hava limanının "Twitter" səhifəsində məlumat verilib.

Qeyd olunur ki, bazar günü axşam xakerlər Polşanın milli aviadaşıyıcısı olan LOT şirkətinin naviqasiya sisteminə hücum ediblər və bunun nəticəsində də reyslərin həyata keçirilməsi dayandırılıb.

Sistemin iş qabiliyyətini təqribən iki saat sonra bərpa etmək mümkün olub. Hazırda aeroport normal rejimdə işləyir.

"LOT-un naviqasiya sistemi artıq bərpa olunub, uçuş planları yenidən təşkil olunur. Vəziyyət tədricən normasına düşür", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi