Vyetnamda onlarla insan fırtınanın qurbanı olub

Vyetnamda onlarla insan fırtınanın qurbanı olub Bakı. 23 iyul. REPORT.AZ/ Vyetnamda güclü Son-Tinqx fırtınası tüğyan edir.
Digər ölkələr
23 İyul , 2018 02:48
Vyetnamda onlarla insan fırtınanın qurbanı olub

Bakı. 23 iyul. REPORT.AZ/ Vyetnamda güclü "Son-Tinqx" fırtınası tüğyan edir.

"Report" xəbər verir ki, bu barədə "TCN" məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 32 nəfər ölüb. Daha 17 nəfər isə itkin düşmüş sayılır.

Leysan və daşqınlar ölkənin şimal regionlarının su altında qalmasına səbəb olub. Küçələrdə suyun səviyyəsi qalxıb. Xilasedicilər sakinlərə təhlükəli əraziləri tərk etməyə kömək edirlər. Lakin heyvanların böyük qismi tələf olub.

Rəsmi məlumata görə, 17 minə yaxın heyvan təbii fəlakətin qurbanı olub. Kənd təssərrüfatı məhsullarını xilas etmək mümkün olmayıb. Belə ki, 80 min hektardan çox sahəni su basıb.

Son xəbərlər

Orphus sistemi