Vyetnamda həlak olmuş amerikalı hərbçilərin cəsədləri vətənə qaytarılır

Vyetnamda həlak olmuş amerikalı hərbçilərin cəsədləri vətənə qaytarılır Vyetnam hökuməti bu ölkədə müharibə dövründə həlak olmuş iki nəfər amerikalı hərbçiinin cəsədlərini ABŞ nümayəndələrinə təhvil verib.
Digər ölkələr
10 İyul , 2021 18:09
Vyetnamda həlak olmuş amerikalı hərbçilərin cəsədləri vətənə qaytarılır

Vyetnam hökuməti bu ölkədə müharibə dövründə həlak olmuş iki amerikalı hərbçinin cəsədlərini ABŞ nümayəndələrinə təhvil verib.

“Report” “Nhandan”a istinadən bildirir ki, mərasim ötən gün, paytaxt Hanoyun hava limanında keçirilib.

Bu, ABŞ ordusunun Vyetnamı tərk etdiyi 1973-cü ildən bəri sayca 155-ci belə mərasimdir. Cəsədlər aprel – iyul aylarında keçirilmiş birgə axtarışlar nəticəsində tapılıb. təşkil edilib.

Mərasimdə nitq söyləyən ABŞ-ın müvəqqəti işlər vəkili Kristofer Klein bildirib ki, Vyetnam müharibəsində itkin düşmüş hərbçilərin cəsədlərinin axtarışları iki ölkə arasındakı humanitar əməkdaşlığın mühüm istiqamətidir.

Qeyd edək ki, Hindi-Çin regionunda müharibə başa çatarkən 2 mindən artıq amerikalı hərbçi və mülki şəxs itkin hesab olunurdu. Bunların 1 900-dan artığı Vyetnamın, 5 000-ə qədəri Laosun, 90 nəfəri də Kambodjanın payına düşür.

Son xəbərlər

Orphus sistemi