Vyetnamda "Demfri" tufanı qurbanlarının sayı 27-ə çatıb - YENİLƏNİB

Vyetnamda "Demfri" tufanı qurbanlarının sayı 27-ə çatıb - YENİLƏNİB Daha 22 nəfər itkin düşüb
Digər ölkələr
5 Noyabr , 2017 08:48
Vyetnamda Demfri tufanı qurbanlarının sayı 27-ə çatıb - YENİLƏNİB

Bakı. 5 noyabr. REPORT.AZ/ Vyetnamda "Demfri" tufanı qurbanlarının sayı 27-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "Demfri" tufanı ölkə ərazisində şənbə günündə tüğyan etməyə başlayıb. Təbii hadisə zamanı 40 mindən çox evə zərər dəyib.

Vyetnamın Təbii Hadisələrin Qarşısının Alınması üzrə Dövlət Komitəsi 27 nəfərin həlak olduğunu, 22 nəfərin itkin düşdüyünü bildirib. Rəsmi məlumata görə, 626 ev tamamilə dağılıb.

Təbii hadisə ilə əlaqədar 30 mindən çox insan təxliyyə edilib.

Daha əvvəl Vyetnamın mərkəzi vilayətində tüğyan edən tufanın 15 nəfərin həyatına son qoyduğu bildirilirdi.


***19:02

Vyetnamın mərkəzi vilayətində tüğyan edən tufan 11 nəfərin həyatına son qoyub.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Associated Press" isə azı 15 nəfərin "Damri" tufanının qurbanı olduğunu bildirib.

Məlumata görə, təbii hadisə zamanı çoxlu sayda insan itkin düşüb, 300-dən çox evə ciddi zərər dəyib.  

Güclü külək Dananq şəhərinin çimərliklərindən biri boyunca, noyabrın 6-dan 11-dək Asiya-Sakit okean İqtisadi Əməkdaşlığının liderlərinin sammitinin keçirilməsinin planlaşdırıldığı ərazi də daxil olmaqla, əsas yollarda reklam konstruksiyalarına zərər vurub.

Qeyd edək ki, daha əvvəl sammitdə Rusiya prezidenti Vladimir Putinin, ABŞ-ın dövlət başçısı Donald Trampın, Yaponiyanın baş naziri Sindzo Abenin, Çin sədri Si Çzinpinin, həmçinin digər dövlət başçılarının iştirakı barədə xəbər verilib. 

Son xəbərlər

Orphus sistemi