Yuxarı

​Vyanada atışma olub, ölən və yaralananlar var

Yaralanmış kişinin vəziyyəti ağırdır

Bakı. 25 may. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada küçədə açılan atəş nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.

Belə ki, mayın 25-də səhər saatlarında tramvayda 4 kişi arasında mübahisə düşüb. Onlardan ikisi tramvaydan çıxaraq qaçıblar. Digər iki nəfər isə onlara atəş açıb.

Nəticədə 3 nəfər, o cümlədən yoldan keçən 19 yaşlı qız yaralanıb. Yaralılardan biri xəstəxanada ölüb. Yaralanmış kişilərdən birinin vəziyyəti ağırdır. Qızın isə səhhəti sabitdir. 

Qeyd edək ki, tramvayda müşahidə kamerası olub. Polis araşdırmalara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi