Aleksandar Vuçiç Serbiyanın gələcək siyasi kursunu açıqlayıb

Aleksandar Vuçiç Serbiyanın gələcək siyasi kursunu açıqlayıb Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olmaq istiqamətindəki kursunu davam etdirəcəyini, eyni zamanda ənənəvi dostları ilə münasibətlərini qoruyacağını bildirib.
Digər ölkələr
4 Aprel , 2022 06:43
Aleksandar Vuçiç Serbiyanın gələcək siyasi kursunu açıqlayıb
Aleksandar Vuçiç

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) daxil olmaq istiqamətindəki kursunu davam etdirəcəyini, eyni zamanda ənənəvi dostları ilə münasibətlərini qoruyacağını bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Əminəm ki, qarşıda çoxsaylı çağırışlarımız var, lakin Serbiya üçün ən vacibi regionda (qonşu ölkələrlə - red) yaxşı münasibətlərə malik olmaq, digər tərəfdən Avropa yolunu davam etdirmək, eyni zamanda ənənəvi dostlar ilə əlaqələrini pozmamaqdır”, - Serbiya Prezidenti bildirib.

Dünən keçirilmiş prezident seçkilərinin birinci turunda qələbə qazandığını bildirən Serbiya Prezidenti ölkəsinin heç bir hərbi bloka qoşulmayacağını və hərbi neytrallığı davam etdirəcəyini bildirib.

“Avropalılar, rusiyalılar və amerikalılar üçün vacib olan odur ki, biz böyük dəstək almış hərbi neytrallıq siyasətini davam etdirəcəyik”, - Vuçiç prezident seçkilərində qələbədən sonra keçirdiyi mətbuat konfransında deyib.

Son xəbərlər

Orphus sistemi