Vladimir Putin: "ABŞ, əslində, öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib"

Vladimir Putin: "ABŞ, əslində, öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib" "ABŞ-ın polad və alüminiuma rüsum tətbiq etməsi elə sanksiyadır"
Digər ölkələr
7 İyun , 2018 14:54
Vladimir Putin: ABŞ, əslində, öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ "ABŞ, əslində, elə öz tərəfdaşlarına qarşı sanksiyalar tətbiq edib".

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "canlı yayımda" ABŞ-ın başladığı "ticarət müharibəsi"nə münasibət bildirərkən deyib.

"Tərəfdaşlarımız sanksiyalarla üzləşə biləcəyini düşünmürdü. Amma ABŞ-ın polad və alüminiuma rüsum tətbiq etməsi elə sanksiya deməkdir", - V.Putin bildirib.

O, istehza ilə əlavə edib: "Onlar da Krımı anneksiya ediblər? Yox, bu, ABŞ-ın praqmatik milli maraqları ilə bağlıdır".

Rusiya prezidenti danışıqlar masasına əyləşərək vahid qaydalar işləyib hazırlanmasına ehtiyac olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi