Venesuela paytaxtının bir hissəsi qiyamçıların nəzarətindədir - FOTO - VİDEO

Venesuela paytaxtının bir hissəsi qiyamçıların nəzarətindədir - FOTO - VİDEO Bakı. 21 yanvar. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakas şəhərinin San Xose bölgəsində bəzi Milli Qvardiya hərbçilərinin Prezident Nikolas Maduroya qarşı qiyam qaldırdıqları bildirilir.
Digər ölkələr
2280
21 Yanvar , 2019 16:50
Venesuela paytaxtının bir hissəsi qiyamçıların nəzarətindədir - FOTO - VİDEO

Bakı. 21 yanvar. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakas şəhərinin San Xose bölgəsində bəzi Milli Qvardiya hərbçilərinin Prezident Nikolas Maduroya qarşı qiyam qaldırdıqları bildirilir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, mayor Valdren Giqueroanın başçılıq etdiyi bildirilən qiyamçılar xalqı hökumətə qarşı ayağa qalxmağa çağırıblar.

Hazırda həmin bölgəyə xüsusi təyinatlı hərbi birləşmələrin, habelə Bolivariana Milli Polisinin xüsusi təyinatlı briqadasının çəlb edildiyi bildirilir.

Sosial şəbəkələrdə qiyamçıların hərəkatını əks etdirən, habelə Konstitusiyanı müdafiə etməyə və hökumətə itaətsizliyə çağıran videolar yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi