Yuxarı
    Bağlamaq

    Venesuelada hərbçilər prezident əleyhinə üsyan qaldırdıqlarını bildiriblər

    Qrupa özünü kapitan adlandıran Xuan Kaqvaripano adlı şəxs başçılıq edir© Alchetron.com

    Bakı. 7 avqust. REPORT.AZ/ Venesuelada bir qrup hərbçi prezident Nikolas Maduro əleyhinə üsyan qaldırdığını elan edib.

    "Report"un məlumatına görə, bu barədə "El Nacional" hərbçilərin sosial şəbəkədə yayılmış videogörüntülərinə istinadən xəbər verib.

    Bildirilir ki, qrupa özünü kapitan adlandıran Xuan Kaqvaripano adlı şəxs başçılıq edir. O, qeyd edib ki, hərbçilər Nikolas Maduronun "öldürücü zülmünə" qarşı qanuni üsyan qaldırıblar.

    "Qeyd edək ki, bu, dövlət çevrilişi deyil. Bu, konstitusiya qaydasını bərpa etmək üçün vətəndaş və hərbçi hərəkətidir. Amma daha çox ölkəmizi gənclərimizin və ailələrin qətlini dayandırmaqdan xilas etməkdir", - deyə o bildirib.

    Qeyd edilir ki, Kaqvaripano "dissident hərəkatına dəstək verdiyi üçün" 2014-cü ildən axtarışdadır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi