Venesuela və Kolumbiya qarşılıqlı şəkildə səfirlik əməkdaşlarını ölkədən çıxardıblar

Venesuela və Kolumbiya qarşılıqlı şəkildə səfirlik əməkdaşlarını ölkədən çıxardıblar Bakı. 21 dekabr. REPORT.AZ/ Venesuela hökuməti cümə axşamı rəsmi Boqotanın analoji addımına cavab olaraq Kolumbiyanın ölkəsindəki səfirliyinin bir əməkdaşını ölkədən göndərdiyini bəyan edib.
Digər ölkələr
193
21 Dekabr , 2018 06:53
Venesuela və Kolumbiya qarşılıqlı şəkildə səfirlik əməkdaşlarını ölkədən çıxardıblar

Bakı. 21 dekabr. REPORT.AZ/ Venesuela hökuməti cümə axşamı rəsmi Boqotanın analoji addımına cavab olaraq Kolumbiyanın ölkəsindəki səfirliyinin bir əməkdaşını ölkədən göndərdiyini bəyan edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri Xorxe Arreasa deyib.

Söhbət Kolumbiyanın konsulluq şöbəsinin əməkdaşının öz ölkəsinə göndərilməsindən gedir.

"Kolumbiya hökuməti tərəfindən bizim Boqotadakı səfirliyimizin əməkdaşı Karlos Pinonun oğurlanması və ölkədən çıxarılmasına qarşılıq olaraq, Kolumbiya konsulluğunun akkreditasiyası olmayan əməkdaşı Xuan Karlos Peres Vilyamisarı ölkədən çıxardığımızı bəyan edirik", - deyə Arreasa öz "Twitter" mikrobloqunda yazıb.

XİN-in məlumatında deyilir ki, Vilyamisara əşyalarını toplamaq və Venesuelanı tərk etmək üçün 48 saat vaxt verilib.

İki ölkə arasında münasibətlər Karakasın Boqotanı prezident Nikolas Maduronun devrilməsi və canına sui-qəsd planının hazırlanmasında ittiham etməsi fonunda günü-gündən gərginləşir.

Daha əvvəl Venesuelada Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi vurulub.

Son xəbərlər

Orphus sistemi