Venesuelada Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi vurulub

Venesuelada Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi vurulub Bakı. 28 noyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı son 15 gün ərzində Kolumbiyadan gələn narkotik satıcılarının 4 təyyarəsinin vurulduğunu bildirib.
Digər ölkələr
28 Noyabr , 2018 06:50
Venesuelada Kolumbiya narkotik satıcılarının 4 təyyarəsi vurulub

Bakı. 28 noyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı son 15 gün ərzində Kolumbiyadan gələn narkotik satıcılarının 4 təyyarəsinin vurulduğunu bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu dövlət televiziyasının efirində deyib.

"Bu 15 gün ərzində, Venesuela səmasını yarıb keçmək istəyən, lakin bolivar Hərbi Hava Qüvvələri ilə üzləşən Kolumbiya narkotik trafikinin dörd təyyarəsi vurulub", — deyə Maduro bildirib.

Onun sözlərinə görə, aviasiyanın bu hərəkəti milli hökumətin Venesuela ərazisində qanunsuz qüvvələrlə mübarizədə gördüyü işlərdən xəbər verir.

Bundan əvvəl Karakasda xüsusi əməliyyat zamanı 7 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi