Venesuela paytaxtı susuz və rabitəsiz qalıb

Venesuela paytaxtı susuz və rabitəsiz qalıb Bakı. 8 mart. REPORT.AZ/ Elektrik enerjisinin kəsilməsi Venesuela paytaxtı Karakas şəhərində su təchizatı və telefon əlaqəsində ciddi problemlər yaradıb.
Digər ölkələr
110
8 Mart , 2019 17:50
Venesuela paytaxtı susuz və rabitəsiz qalıb

Bakı. 8 mart. REPORT.AZ/ Elektrik enerjisinin kəsilməsi Venesuela paytaxtı Karakas şəhərində su təchizatı və telefon əlaqəsində ciddi problemlər yaradıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Venesuela paytaxtı mütəmadi olaraq elektrik enerjisi kəsintiləri ilə üzləşir, buna görə də ictimai binaların çoxunun özünün əsas işıqlandırma və su təchizatını təmin edən ayrıca mənbələri olur. Ancaq yaşayış sektorunun əsas hissəsi ehtiyat elektrik mənbələrindən məhrumdur. Çoxlarının mənzilində su da yoxdur.

Martın 7-dən etibarən metro işləmir.

Elektrik enerjisinin kəsilməsi nəticəsində bir çox siqnalötürücü qüllələrin işləməməsi mobil telefon əlaqəsində də problemlər yaradıb.

Son saatlarda bir çox insana zəng çatmır, internetin keyfiyyəti kəskin pisləşib, bir çox yerli saytlar açılmır. Eyni zamanada bəzi yerli telekanallar da işləmir.

Son xəbərlər

Orphus sistemi