​Venesuela OPEK-i təcili neftin qiymətlərini müzakirə etməyə çağırıb

Digər ölkələr
  • 20 yanvar, 2016
  • 15:01
​Venesuela OPEK-i təcili neftin qiymətlərini müzakirə etməyə çağırıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Venesuela OPEK-i neftin qiymətlərinin gələcəkdə düşməsinin qarşısını almağa kömək edəcək fəaliyyətlərin müzakirəsi üçün təcili görüş keçirməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə təşkilatdakı mənbəyə istinadən "Reuters" məlumat yayıb.

"Venesuela OPEK-dən növbədənkənar görüşün keçirilməsini xahiş edib", — deyə mənbə bildirib.