Yuxarı

​Venesuela Birləşmiş Ştatlardakı səfirini geri çağırıb

Venesuela ABŞ-ın sanksiyalarına tezliklə cavab verəcəyini vəd edib

Bakı. 10 mart. REPORT.AZ/ Venesuela Vaşinqtonun bu ölkənin yeddi vətəndaşına qarşı sanksiya tətbiq etməsindən sonra ABŞ-dakı səfirini geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri öz Twitter səhifəsində yazıb.

"Biz ABŞ-dakı işlər vəkilimiz Maksimilian Arvelası təcili məsləhətləşmə üçün geri çağırırıq", - deyə məlumatda bildirilir.

Bundan əvvəl Venesuela tezliklə ABŞ-ın milli təhlükə və yeni sanksiyaların tətbiq edilməsi haqqında bəyanatlarını cavablandıracağını vəd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi