Vaşinqtonda hərbi parad təxirə salınıb

Vaşinqtonda hərbi parad təxirə salınıb Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ-ın Müdafiə Nazirliyi ölkə prezidenti Donald Trampın noyabr ayında təşkil etmək istədiyi hərbi paradı 2019-cü ilə qədər təxirə salmaq qərarına gəlib.
Digər ölkələr
17 Avqust , 2018 07:34
Vaşinqtonda hərbi parad təxirə salınıb

Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ-ın Müdafiə Nazirliyi ölkə prezidenti Donald Trampın noyabr ayında təşkil etmək istədiyi hərbi paradı 2019-cü ilə qədər təxirə salmaq qərarına gəlib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Amerika hökuməti hərbi paradı I Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibəti ilə keçirmək qərarına gəlib. Bəzi məlumatlara görə, parad Vaşinqtona 92 milyon dollara başa gələ bilər.

"Biz əvvəlcə bunu noyabrın 10-da keçirməyi planlaşdırırdıq, lakin indi 2019-cu ildə nəzərdən keçirmək qərarına gəldik", — deyə Pentaqon rəsmisi Robert Menninq bildirib.

Son xəbərlər

Orphus sistemi