Braziliyada bəndin uçması nəticəsində 50 nəfər həlak olub - FOTO - VİDEO

Braziliyada bəndin uçması nəticəsində 50 nəfər həlak olub - FOTO - VİDEO Bakı. 26 yanvar. REPORT.AZ/ Braziliyada bəndin uçması nəticəsində onlarla insan həlak olub.
Digər ölkələr
26 Yanvar , 2019 03:01
Braziliyada bəndin uçması nəticəsində 50 nəfər həlak olub - FOTO - VİDEO

Bakı. 26 yanvar. REPORT.AZ/ Braziliyada bəndin uçması nəticəsində onlarla insan həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Hoje em dia" qəzeti məlumat yayıb.

Brumadinyu bələdiyyəsinin rəhbəri Avimar di Mel Barselosaya istinadən yayılan xəbərdə qeyd edilir ki, metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin uçması nəticəsində azı 50 nəfər həlak olub.

Eyni zamanda Minas-Jerays ştatının qubernatoru Romeu Zema "Globo" telekanalına bildirib ki, 7 nəfərin cəsədi aşkarlanıb.

Bəndin aid olduğu "Vale" dağ-mədən şirkətindən bildirilib ki, uçma zamanı onun 300 əməkdaşı hadisə yerində işləyirmiş. Onların 100-nün olduğu yer müəyyənləşdirilib, digərlərinin taleyi hələ məlum deyil.

Daha əvvəl bəndin uçması nəticəsində 200 nəfərin itkin düşdüyü bildirilirdi.


***23:33

Bakı. 25 yanvar. REPORT.AZ/ Braziliyada bəndin uçması nəticəsində yüzlərlə insan itkin düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, hadisə ölkənin cənub-şərqində, Minas-Jerays ştatında baş verib. Xilasetmə işləri ilə məşğul olan yanğından mühafizə xidmətinin regional bölməsinin verdiyi məlumata görə, metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin uçması nəticəsində 200 nəfər itkin düşüb.

Bəndin aid olduğu "Vale" dağ-mədən şirkətindən bildirilib ki, uçma zamanı onun əməkdaşları hadisə yerində işləyirmiş. Onların da taleyi hələ məlum deyil.

Daha əvvəl Braziliyada polis helikopteri suya endirilib.

Son xəbərlər

Orphus sistemi