Yuxarı
    Bağlamaq

    Braziliyada polis helikopteri suya endirilib, ölən və yaralanan var

    Bakı. 14 yanvar. REPORT.AZ/ Braziliya hərbi polisinə məxsus helikopter naməlum səbəbdən Rio-de-Janeyro şəhəri yaxınlığında Quanabara körfəzinə məcburi eniş edib.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, helikopterdə olan 4 nəfərdən 1-i ölüb, 3-ü xilas edilib.

    Yaralılar xəstəxanaya aparılıb. 

    Məlumata görə, “Fenix08” tipli helikopter Rio-de-Janeyro şəhərinin şimal-qərbindəki San Juan di Meriti peyk şəhəri ilə bağlayan avtomobil yolunda patrul xidməti aparırmış.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi