ÜST: Əfqanıstanda azı 1 milyon uşaq qida çatışmazlığından ölə bilər
Digər ölkələr
- 12 noyabr, 2021
- 17:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstanda 5 yaşından kiçik azı 1 milyon uşaq dərhal müalicə olunmasa, qida çatışmazlığından ölə bilər.
"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə deyib.
M.Harris beynəlxalq ictimaiyyəti Əfqanıstana humanitar yardım göstərməyə çağırıb:
“Əfqanıstanda qida çatışmazlığı problemi dərinləşir. Bu ilin sonuna kimi 5 yaşından kiçik uşaqların azı bir milyonu kəskin xəstəlikdən ölmək riski ilə üzləşib".
ÜST rəsmisi, həmçinin Əfqanıstanda qızılca xəstəliyinin artmasına diqqət çəkərək, qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün bunun çox təhlükəli olduğunu vurğulayıb.
Qeyd edilir ki, bu il Əfqanıstanda qızılcadan 87 nəfər ölüb.
Son xəbərlər
11:21
Deputat: "Azərbaycanın geoiqtisadi əhəmiyyəti onun nominal iqtisadi göstəricilərini üstələyir"
Maliyyə
11:21
U-23 Avropa çempionatı: Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub
Fərdi
11:17
Azad olunan ərazilərdə son iki həftə ərzində 185 mina zərərsizləşdirilib
Hərbi
11:00
Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir
Maliyyə
11:00
Azərbaycanda gömrük bəyannamələri daha sürətli olacaq: Yerli süni intellekt platforması təqdim olunur
İKT
10:57
Azərbaycanda məşğul əhalinin 35%-dən çoxu aqrar sektorun payına düşür
Sosial müdafiə
10:54
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Hadisə
10:52
Hesablama Palatasının xərclər smetası 25 %-ə yaxın artırılır
Maliyyə
10:47
Cavid Qurbanov: Süni intellekt təkrarlanan bəzi işləri avtomatlaşdıracaq
İKT