ÜST: Dünyada COVID-19-a yoluxanların sayı 17,3 milyonu ötüb

ÜST: Dünyada COVID-19-a yoluxanların sayı 17,3 milyonu ötüb Son sutkada dünyada koronavirusa yoluxma hallarının sayı 289 min artıb.
Digər ölkələr
521
1 Avqust , 2020 22:54
ÜST: Dünyada COVID-19-a yoluxanların sayı 17,3 milyonu ötüb

Son sutkada dünyada koronavirusa yoluxanların sayı 289,3 min nəfər artıb.

“Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edilir ki, dünyada koronavirus xəstələrinin sayı 17,3 milyon nəfəri ötüb. Bununla yanaşı, 675 mindən çox insan pandemiyanın qurbanı olub.

Təşkilatın məlumatına görə, dünyada COVID-19-a yoluxanların sayı 17 396 943-ə çatıb, koronavirusdan 675 060 pasiyent ölüb.

Son bir gün ərzində dünyada 289 321 yeni yoluxma və 6 142 ölüm qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.