Uqanda çəyirtkə hücumuna məruz qalıb

Uqanda çəyirtkə hücumuna məruz qalıb Uqandaya ötən gün ölkənin şimal-şərqindən səhra çəyirtkələrinin axını başlayıb.
Digər ölkələr
10 Fevral , 2020 19:59
Uqanda çəyirtkə hücumuna məruz qalıb

Uqandaya ötən gün ölkənin şimal-şərqindən səhra çəyirtkələrinin axını başlayıb.

“Report” “New Vision”a istinadən xəbər verir ki, hökumət fövqəladə iclas keçirərək müvafiq tədbirlər planını təsdiq edib. Bu gündən çəyirtkənin yayıldığı sahələrə havadan pestisidlər səpilməyə başlanılıb.

Hökumət çəyirtkəyə qarşı mübarizə tədbirlərinə 15 milyard şillinq (4,5 milyon ABŞ dolları) vəsait ayırıb. Həmin vəsait hesabına fermerlərə də müvafiq yardımlar ayrılacaq. Bununla yanaşı, çəyirtkənin gəldiyi Keniya hökumətilə təmaslara başlanılıb.

Qeyd edək ki, Uqandada son böyük çəyirtkə hücumu 70 il əvvəl baş verib.

Son xəbərlər

Orphus sistemi