UNESCO-nun Baş direktoru Camal Qaşıqçının qətlində günahkarları məsuliyyətə cəlb etməyə çağırıb

UNESCO-nun Baş direktoru Camal Qaşıqçının qətlində günahkarları məsuliyyətə cəlb etməyə çağırıb Bakı. 20 sentyabr. REPORT.AZ/ UNESCO-nun Baş direktoru Odri Azule səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlini qətiyyətlə pisləyib.
Digər ölkələr
20 Oktyabr , 2018 15:31
UNESCO-nun Baş direktoru Camal Qaşıqçının qətlində günahkarları məsuliyyətə cəlb etməyə çağırıb
РИА Новости / Ирина Калашникова

Bakı. 20 sentyabr. REPORT.AZ/ UNESCO-nun Baş direktoru Odri Azule səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlini qətiyyətlə pisləyib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, istintaqı ətraflı şəkildə aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

"Günahkarlar bu cinayətlərə görə cavab verməlidir. Bu, müzakirə mövzusu olmamalıdır. Mən müvafiq hökumətləri bu cinayətin ətraflı istintaqını aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıram", - o bildirib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və "The Washington Post" qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Səudiyyə Ərəbistanı onun konsulluqda mübahisə nəticəsində öldüyünü təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi