Ukraynada hərbi təyyarə qəzası nəticəsində onlarla insan həlak olub

Ukraynada hərbi təyyarə qəzası nəticəsində onlarla insan həlak olub Ukraynada təyyarə qəzası baş verib.
Digər ölkələr
26 Sentyabr , 2020 01:00
Ukraynada hərbi təyyarə qəzası nəticəsində onlarla insan həlak olub

Ukraynanın Xarkov əyalətində "An-26" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun ofisi məlumat yayıb.

Qeyd edilir ki, hadisəyə mühərrikdə yaranmış nasazlıq səbəb olub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. 

Daha əvvəl bildirilirdi ki, hadisə zamanı təyyarədə 28 nəfər - 7 nəfər heyət üzvü, 21 nəfər kursant olub. Onlardan 22-i həlak olub.

22:45

Ukraynada təyyarə qəzası baş verib.

Bu barədə "Report" "Strana" nəşrinə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Xarkov əyalətində qeydə alınıb. Çuquev rayonunda yerli vaxtla saat 20:45-də "An-26" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralıların olduğu bildirilir. 

Məlumata görə, Xarkov Hava Qüvvələri Universiteti kursantlarını daşıyan hərbi təyyarə eniş etmək istəyərkən Rostov magistral yolunun yaxınlığında qəzaya uğrayıb.

Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı təyyarədə 28 nəfər - 7 nəfər heyət üzvü, 21 nəfər kursant olub. Onlardan 20-i həlak olub. Qeyd edilir ki, hadisə zamanı daha 2 nəfər ağır xəsarət alıb.

Xarkov əyalətinin qubernatoru Aleksey Kuçer isə bildirib ki, hadisə zamanı 22 nəfər həlak olub. 

Sabah Ukrayna Prezidenti Vladimir Zelenski hadisənin baş verdiyi yerə gedəcək. Dövlət başçısı sosial şəbəkədəki hesabında bildirib ki, faciənin başvermə şəraiti və səbəbini araşdırmaq üçün komissiya yaradılacaq. O, bununla bağlı Baş nazirə tapşırıq verib. "Hadisə yerində axtarış komandası işləyir. Sabah Xarkov əyalətində olacam", - dövlət başçısı "Telegram"dakı hesabında yazıb

Son xəbərlər

Orphus sistemi