Ukraynada deputatların toxunulmazlığı ləğv edilir

Ukraynada deputatların toxunulmazlığı ləğv edilir Ukrayna parlamenti 2020-ci il yanvarın 1-dən deputatların toxunulmazlıq hüququnu ləğv edən qanun layihəsini son oxunuşda qəbul edib.
Digər ölkələr
3 Sentyabr , 2019 14:17
Ukraynada deputatların toxunulmazlığı ləğv edilir

Ukrayna parlamenti 2020-ci il yanvarın 1-dən deputatların toxunulmazlıq hüququnu ləğv edən qanun layihəsini son oxunuşda qəbul edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, lehinə 373 səs verildiyi qanun layihəsinin qüvvəyə minməsi üçün sənədi ölkə prezidenti də imzalamalıdır.

Yeni qanun millət vəkillərinin parlamentin razılığı olmadan saxlanılmasını, həbs olunmasını, cinayət məsuliyyətinə cəlb edilməsini qadağan edən müddəanın Konstutisiyadan çıxarılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi