Ukrayna səfiri: "Ölən dinc sakinlər arasında uşaqlar da var"

Ukrayna səfiri: "Ölən dinc sakinlər arasında uşaqlar da var" Bu gün Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ikinci günüdür. Bu müddət ərzində 57 nəfər dinc sakin, o cümlədən iki uşaq həlak olub.
Digər ölkələr
25 Fevral , 2022 15:04
Ukrayna səfiri: Ölən dinc sakinlər arasında uşaqlar da var
Vladislav Kanevski

"Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ikinci günüdür. Bu müddət ərzində 57 dinc sakin, o cümlədən 2 uşaq həlak olub".

“Report” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu paytaxt Kiyev və başqa dinc şəhərləri atəşə tutur. Ötən gecə paytaxta raket hücumu nəticəsində yaşayış binasında yanğın olub, yaralılar var.

Diplomat bu cür raket hücumlarını 44 günlük Vətən müharibəsi dövründə Gəncədə baş verənlərlə müqayisə edib.

“Düşmən Xerson, Nova Kaxovka, Oleşki şəhərlərini ələ keçirib. Hazırda Melitopol istiqamətində irəliləyirlər. Həmçinin Sumı, Xarkov, Konotop, Oxtırka şəhərlərinin ətrafında döyüşlər gedir. Rusiya ordusu Çernobıl Atom Elektrik Stansiyasını da zəbt edib, oradakı nüvə tullantıları anbarı təhlükədədir” – deyən səfir həmçinin qeyd edib ki, indiyədək Ukrayna ordusu qarşı tərəfdən 800-dək canlı qüvvə, 7 təyyarə, 7 helikopter, 30-dan artıq tank, 130-dək zirehli maşın məhv edib.

Son xəbərlər

Orphus sistemi