Ukrayna parlamentinin komitə sədri hərbi çağırışçıların xaricdən geri gətirilməsinin mexanizmini açıqlayıb
- 13 yanvar, 2024
- 08:34
"Səfərbərlik vəziyyəti yaxşılaşdırılmadan cəbhədə şəxsi həyətdə əvəzetmələr həyata keçirilməyəcək. Hərbi xidmətə cəlb olunanların hamısının müəyyən edilməsi baxımından aydın elektron dövriyyə sənədi yaradılmadan, prinsipcə, hərbi xidmətə cəlb olunan hərbi qulluqçuların elektron reyestrinin təkmilləşdirilməsi haqqında qanun layihəsini qəbul etməklə məşğul olduq".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Dövlət Təhlükəsizliyi və Müdafiə Komitəsinin sədri Fedor Venislavski hərbi səfərbərlik ilə bağlı yeni qanun layihəsinin yenidən işlənməsini şərh edərkən bildirib.
O, qeyd edib ki, bu məsələlərdən biri, ən mühümü sosial ədalətin təmin olunmasıdır: "Hərbi mükəlləfiyyətli Ukrayna vətəndaşlarının böyük bir hissəsi, müxtəlif qiymətləndirmələrə görə Ukraynanı tərk ediblər.
Onlar həmçinin konsulluqda hərbi xidmət üçün qeydiyyatdan keçməlidirlər. Bu, artıq mövcud qanunvericilikdə nəzərdə tutulub, lakin biz hərbi qulluqçuların elektron hesabı vasitəsilə mexanizmləri məsafədən təkmilləşdirəcəyik. Onlar öz məlumatlarını yeniləməlidirlər. Gələcəkdə biz də mövcud qanunvericiliyə uyğun qərarlar verəcəyik. Xaricdən çağırış yaşına çatan bütün Ukrayna vətəndaşlarının geri qayıtmasını təmin etmək əlbəttə ki, asan olmayacaq. Amma buna baxmayaraq, biz çalışırıq ki, bu vətəndaşlar öz vətənlərini müdafiə etmək öhdəliyini yerinə yetirsinlər. Ötən gün Ukraynanın müdafiə naziri Rustam Umerov bildirdi ki, qanun layihəsi artıq yekunlaşdırılıb və Ali Radaya təqdim olunmağa hazırdır. Biz hökumətin bu qanun layihəsinə baxacağı və qanunvericilik təşəbbüsü kimi parlamentə təqdim edilməsinə qərar verəcəyi iclasını gözləyirik. Ona görə də yaxın günlərdə, nazirlər komitəsi bu qanun layihəsini parlamentə təqdim edərsə, mən hesab edirəm ki, biz bunu ən çox bir-iki həftə ərzində birinci oxunuşda qəbul edə bilərik"-deyə, komitə sədri vurğulayıb. Venislavski bildirib ki, müharibənin ilk günlərində, demək olar ki, bütün Ukrayna ərazisinin atəşə tutulduğu bir vaxtda, bir çox vətəndaşlar ölkəni tərk etdilər: "Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, xaricdə haradasa 40-50 min hərbi çağırışçı olan vətəndaş var. Düşünürəm ki, real rəqəm daha çoxdur"-deyə, o, əlavə edib.