Ukrayna Fransadan 300 milyon avro kredit alacaq
Digər ölkələr
- 30 mart, 2022
- 01:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Fransa İnkişaf Agentliyindən 300 milyon avro kredit alacaq.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
"Fransalı həmkarlarımıza operativ qərara görə minnətdaram. Bizə verilən vəsait Rusiya ilə genişmiqyaslı müharibə şəraitində maliyyə sisteminin sabitliyini qorumaq üçün son dərəcə vacibdir", - deyə maliyyə naziri Sergey Marçenko bildirib.
Qeyd edək ki, kredit illik 1,04% sabit faiz dərəcəsi ilə 15 il müddətinə verilir.
Vəsait dövlət büdcəsinin maliyyələşdirilməsinə yönəldiləcək.
Daha əvvəl bildirilib ki, Avropa İttifaqı ölkənin bərpası üçün Ukrayna ilə fond yaradır.
Son xəbərlər
12:53
"Kəlbəcər" tankeri əsaslı təmir olunub
İnfrastruktur
12:46
"Sumqayıt"ın futbolçusu İsa Suliman Pakistan millisinə dəvət alıb
Futbol
12:45
Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək
İKT
12:41
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları bərpa olunub
Digər ölkələr
12:37
Şavkat Mirziyoyev və TDT-nin baş katibi təşkilatın 2027-ci il sammitinə hazırlığı müzakirə ediblər
Region
12:33
Azərbaycan güləşçisi Davud Məmmədov Qazaxıstanda keçirilən turnirin qalibi olub
Fərdi
12:29
Sabah Azərbaycanda 16 dərəcə isti olacaq
Ekologiya
12:29
"Fənərbağça" Dirk Kuytla yollarını ayırdığını açıqlayıb
Futbol
12:26
Madriddə etirazlar zamanı 13 nəfər xəsarət alıb, saxlanılan var
Digər ölkələr