"Energoatom"un prezidenti Ukrayna ərazisindəki AES-lərin necə qorunduğunu açıqlayıb
- 13 iyul, 2023
- 10:33
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ukrayna ərazisində 3 AES fəaliyyət göstərir. Onlardan Zaporojye AES işğal edilmiş ərazidə yerləşir. Bu stansiyada hər şey baş verə bilər, çünki o, rusiyalıların nəzarətindədir. Digər 2 stansiyada isə bizim əməkdaşlar işləyir və onlar Milli Qvardiyamız tərəfindən qorunur".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın "Energoatom" dövlət şirkətinin prezidenti Petro Kotin bildirib.
Onun sözlərinə görə, stansiyalar eşalonlaşdırılmış müdafiə sisteminə malikdir:
"Layihə beşqat müdafiə sistemi ilə qorunur. Katovka SES-də baş verən hadisə kimi texnogen faciənin baş verməsi ehtimalı var. AES-in atəşə tutulmasını nəzərə alsaq, radioaktiv maddələrin sızma ehtimalı da istisna edilmir. Amma orada bizim heyətimiz fəaliyyət göstərir, monitorinq sistemlərimiz işləyir. Bu səbəbdən, belə bir hadisə baş verərsə, təhlükəni lokallaşdırmaq və qəzanın fəsadlarını aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görüləcək. Zaporojye AES-ə gəlincə, bu stansiya rusiyalıların nəzarəti altındadır və əgər orada bir hadisə baş verərsə, biz buna reaksiya verə bilməyəcəyik".