Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini təklif edib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu fikri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclasında səsləndirib.
Onun sözlərinə görə, bu, böhranın həlli üçün ən optimal variantdır: “Biz bunu Rusiya ilə gərginliyin azalması üçün istəyirik. Ukrayna münaqişənin həllinə istiqamətlənmiş istənilən diplomatik səyi alqışlayır. Yeni təhlükəsizlik təminatlarının formalaşdırılması BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, həmçinin Ukrayna, Almaniya və Türkiyə formatında sammitin keçirilməsindən asılıdır”.
Nazir bildirib ki, bu format Ukrayna sərhədində baş verənləri müzakirə etmək üçün idealdır. "Ukraynanın təhlükəsizliyi indi bir nömrəli prioritetdir. Biz bunu təmin etmək üçün hər ən kiçik diplomatik fürsətdən istifadə edirik”.