Ukrayna BVF xətti ilə Almaniyadan 1 milyard avro alacaq

Ukrayna BVF xətti ilə Almaniyadan 1 milyard avro alacaq Almaniya Ukraynaya 1 milyard avro dəyərində qrant yardımı təqdim edəcək. Bu vəsait Beynəlxalq Valyuta Fondunun (BVF) inzibati hesab mexanizmi vasitəsilə yönəldiləcək.
Digər ölkələr
25 İyun , 2022 16:17
Ukrayna BVF xətti ilə Almaniyadan 1 milyard avro alacaq

Almaniya Ukraynaya 1 milyard avro dəyərində qrant yardımı təqdim edəcək. Bu vəsait Beynəlxalq Valyuta Fondunun (BVF) inzibati hesab mexanizmi vasitəsilə yönəldiləcək.

“Report” “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, hökumətlər arasında sazişi Ukraynanın maliyyə naziri Sergey Marçenko və Almaniyanın maliyyə naziri Kristian Lindner imzalayıblar.

Vəsaitin yaxın zamanda təqdim ediləcəyi gözlənilir.

“Əldə edilmiş vəsait hərbi vəziyyət şəraitində ən zəruri sosial və humanitar xərclərə yönəldiləcək”, - Ukraynanın Maliyyə Nazirliyinin məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi