Ukrayna baş prokuroru: "Jurnalist Pavel Şeremet partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub"

Ukrayna baş prokuroru: "Jurnalist Pavel Şeremet partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub" Kiyevin mərkəzində baş verən hadisə qəsdən törədilmiş cinayət kimi dəyərləndirilir
Digər ölkələr
20 İyul , 2016 10:53
Ukrayna baş prokuroru: Jurnalist Pavel Şeremet partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub

Bakı. 20 iyul. REPORT.AZ/ "Jurnalist Pavel Şeremet partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub".

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna baş prokuroru Yuri Lutsenko deyib.

Hüquq-mühafizə orqanları ilkin versiya olaraq, Kiyevin mərkəzində baş verən hadisəni qəsdən törədilmiş cinayət kimi dəyərləndirir.

Xatırladaq ki, tanınmış jurnalist Pavel Şeremet bu gün səhər Kiyevin mərkəzində avtomobilinin partlaması nəticəsində dünyasını dəyişib. Partlayış Bakı vaxtı ilə 08:45-də, mərhum telejurnalist evindən bir qədər uzaqlaşdıqdan sonra meydana gəlib.

Qeyd edək ki, o, son beş ildə Kiyevdə yaşayıb, "Ukrainskaya pravda" nəşrində və "Vesti" radiosunda aparıcı kimi çalışıb.

Daha əvvəl isə P.Şeremet Rusiya ORT telekanalında, sonradan isə "Birinci kanal"da işləyib.

Son xəbərlər

Orphus sistemi