Ukrayna 300-dən çox xarici tank alacaq

Ukrayna 300-dən çox xarici tank alacaq “Ukraynaya döyüş təyyarələrinin tədarükü istisna edilir, bundan söhbət gedə bilməz”.
Digər ölkələr
28 Yanvar , 2023 06:36
Ukrayna 300-dən çox xarici tank alacaq

Ukrayna ümumilikdə 321 xarici tank ala bilər.

"Report" xəbər verir ki, bunu Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko BFM telekanalının efirində deyib.

“Deyə bilərəm ki, bir sıra ölkələr Ukraynaya 321 ağır tank tədarükü ilə bağlı razılıqlarını rəsmən təsdiqləyib”, - Omelçenko bildirib.

Eyni zamanda, o, ağır texnikanın ötürülməsinin "gecikmələrlə" baş tuta biləcəyini etiraf edib. Səfir vurğulayıb ki, Kiyev bu yardıma mümkün qədər tez ehtiyac duyur.

Son xəbərlər

Orphus sistemi