Tvitter Venesuela Milli Məclisinin hesabını blokladı

Tvitter Venesuela Milli Məclisinin hesabını blokladı Çərşənbə axşamı tvitter mikrobloqları xidməti Venesuela Milli Məclisinin hesabını bloklayıb.
Digər ölkələr
20 Yanvar , 2021 05:35
Tvitter Venesuela Milli Məclisinin hesabını blokladı

Çərşənbə axşamı tvitter mikrobloq xidməti Venesuela Milli Məclisinin hesabını bloklayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Ölkə parlamentinin yenilənmiş tərkibinin “@LaNuevaAsamblea” profilinə müraciət vaxtı istifadəçi boş səhifəyə daxil olur. Səhifədə qeyd edilir ki, hesabın fəaliyyəti tvitterin qaydalarının pozulması ilə əlaqədar dayandırılıb. Abunəçilərin hesabı sıfırlanıb, profildəki fotolar silinib. Ona abunə olmaq mümkün deyil.

Eyni zamanda, mandatı yanvarın 5-də bitmiş, lakin istefa verməkdən imtina edən müxalifət deputatları tərəfindən idarə olunan “@AsambleaVE” hesabı fəaliyyətini davam etdirir və sosial şəbəkədə təsdiqlənmiş bir hesab kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi