Yuxarı

Türkmənistanda internetdə təhqir qadağan olunub

Uşaqların bəzi internet saytlarına daxil olması da yeni qanunla məhdudlaşdırılacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkmənistan parlamenti tərəfindən internetlə bağlı hazırlanan "Türkmənistanda internet şəbəkəsinin inkişaf etdirilməsi və internet xidməti" haqqında qanun layihəsi qüvvəyə minib. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Artıq bundan sonra ölkə daxilində internet üzərindən yayımlanacaq məlumatların qanuni vəzifələri müəyyənləşdiriləcək. Qanunda həmçinin internet vasitəsilə edilən kibercinayətlərə dair aktlar də yer alıb. Uşaqların bəzi internet saytlarına daxil olması da yeni qanunla məhdudlaşdırılacaq. Dövlət başçısına təhqir və ya böhtan ehtiva edən, həmçinin dövlət sirrlərini əks etdirən məlumatların də dərc olunmasına qadağa qoyulacaq.

Eyni zamanda xalqı hökumətə qarşı çıxmağa sövq edən, eləcə də müharibə təbliğatı aparan, irqçi və digər ifadələrin internetdə yer alması da qanunla qadağan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi