Yuxarı

​Türkiyənin Bolqarıstandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib

Paytaxtı Sofiyada keçirilən mitinq Atak Partiyası tərəfindən təşkil edilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyənin Bolqarıstandakı səfirliyinin binası qarşısında türk dövlətinin sərhədini pozduğu üçün Rusiyanın "Su-24" döyüş təyyarəsinin vurulmasına 200 nəfərlik qrup etiraz aksiyası keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkə paytaxtı Sofiyada keçirilən mitinq "Atak" Partiyası tərəfindən təşkil edilib.

Aksiya "Türkiyə Rusiyaya müharibə elan edib, biz kimin tərəfindəyik?" şüarı altında keçirilib.

Məlumata görə, Türkiyə səfirliyinin binasının mühafizəsi gücləndirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi