Türkiyəli müəllimin Çinə girişinə qadağa qoyuldu

Türkiyəli müəllimin Çinə girişinə qadağa qoyuldu Türkiyəli müəllimə koronavirus barədə yayımlar etdiyinə görə Çinə giriş qadağası qoyulub.
Digər ölkələr
12 Mart , 2020 22:52
Türkiyəli müəllimin Çinə girişinə qadağa qoyuldu

Türkiyəli müəllimə koronavirus barədə yayımlar etdiyinə görə Çinə giriş qadağası qoyulub.

“Report” CNN "Türk”ə istinadən xəbər verir ki, Burak Teoman Çinin Sian şəhərində ingilis dili müəllimi olub.

O, koronavirusla bağlı videolarına görə Çin polisi tərəfindən təhdidə məruz qaldığından Türkiyəyə qayıdıb. Bundan sonra Çin rəhbərliyi onun ölkəyə girişini yasaqlayıb.

“Koronavirus haqqında xəbərlər yayan 4-5 bloqer itkin düşəndən sonra ölkəni tərk etmək qərarını verdim. Heç bir paylaşım etməməyim üçün məni açıq-aşkar təhdid etdilər”, - deyə o bildirib.

Qeyd edək ki, Çində indiyədək 80 796 nəfər koronavirusa yoluxub. Bunlardan 3 169 nəfər ölüb, 62 826 nəfər isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə çatıb. Bunların 68 677 nəfəri sağalıb, 4 756 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi