Çində koronavirus xəbərlərini yayan jurnalistlər bir-bir yoxa çıxır

Çində koronavirus xəbərlərini yayan jurnalistlər bir-bir yoxa çıxır Çində koronavirus infeksiyası və hökumətin virusla mübarizəsindən bəhs edən jurnalistlər naməlum şəkildə yoxa çıxmağa başlayıblar.
Digər ölkələr
24 Fevral , 2020 14:58
Çində koronavirus xəbərlərini yayan jurnalistlər bir-bir yoxa çıxır
google.az

Çində koronavirus infeksiyası və hökumətin virusla mübarizəsindən bəhs edən jurnalistlər naməlum şəkildə yoxa çıxmağa başlayıblar.

“Report” “Euronews”a istinadən xəbər verir ki, Çində koronavirus böhranı sadəcə sıravi insanlara deyil, həm də bununla bağlı araşdırma aparan jurnalistlərin fəaliyyətinə də zərbə vurub.

Epidemiyanın başlanğıcında bununla bağlı məlumat yayan jurnalistlərdən hələ də xəbər yoxdur.

Bu jurnalistlərdən biri də Fan Bindir. Geyim mağazasında satış məsləhətçisi olan F.Bin Uhan xəstəxanasının qarşısında çəkdiyi videoda ən azı 8 meyit torbasının olduğunu söyləyib. Qırx dəqiqəlik bu video yayımlanandan 2 həftədən də qısa bir zaman sonra itkin düşüb. Onun 15 gündür ki, harada olduğu məlum deyil. Yoxa çıxmazdan öncə səlahiyyətli şəxslər onu yalan xəbər yaymaqda ittiham etmişdilər.

Epidemiya elanını verəndən sonra yoxa çıxan yeganə mətbuat nümayəndəsi Fan Bin deyil. Çen Suşi də itkin düşən jurnalistlər sırasındadır.

Ç.Suşinin ailəsi və yoldaşları onun karantin altına salınmasına məcbur edildiyinə inanırlar.

Suşi və Binin ortaq cəhəti hər ikisinin epidemiyanın episentrindəki xəstəxanalardan pasiyent və xəstə yaxınlarının vəziyyəti və rəsmilərin virusla necə mübarizə apardıqlarına dair görüntülərin yaymağı idi.

Xatırladaq ki, koronavirus infeksiyasına qarşı ilk xəbərdarlığı verən həkim ölüb.

Son xəbərlər

Orphus sistemi