​Türkiyədə sel nəticəsində 2 nəfər ölüb, 1 nəfər itkin düşüb - FOTO

​Türkiyədə sel nəticəsində 2 nəfər ölüb, 1 nəfər itkin düşüb - FOTO Bir çox ev və iş yeri suyun altında qalıb, 8 körpü, 16 ev dağılıb
Digər ölkələr
6 İyul , 2016 12:25
​Türkiyədə sel nəticəsində 2 nəfər ölüb, 1 nəfər itkin düşüb - FOTO

Bakı. 6 iyul. REPORT.AZ/ Türkiyənin Ordu vilayətinin Perşembe rayonuna yağan leysan yağışlar güclü sel və torpaq sürüşməsinə səbəb olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 1 nəfər itkin düşüb. Daha 2 nəfər isə xilas edilib.

Bölgədəki leysan yağışları nəticəsində bir çox ev və iş yeri suyun altında qalıb, 8 körpü, 16 ev dağılıb. Xeyli sayda heyvan tələf olub. 

Bölgədə yağışlı hava davam edir.

Son xəbərlər

Orphus sistemi