Türkiyədə PKK-nın 9 tərəfdarı həbs edilib

Türkiyədə PKK-nın 9 tərəfdarı həbs edilib Terrorçuların bir sıra qurumlara hücum planlaşdırdığı məlum olub
Digər ölkələr
1 Aprel , 2017 02:56
Türkiyədə PKK-nın 9 tərəfdarı həbs edilib
Courtesy İmage

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı saxlanılmış 10 şübhəlidən 9-u həbs olunub.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" xəbər verib.

Xəbərdə bildirilir ki, İstanbul polisinin Terrorla Mübarizə Şöbəsi tərəfindən PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı "Deniz-Aliye" kod adlı şəxs saxlanılıb.

Ona məxsus rəqəmsal materialların araşdırılması zamanı terrorçuların ictimai qurum və təşkilatlara, təhlükəsizlik qüvvələrinə silahlı hücum planlaşdırdığı, habelə 4 silahlı soyğunçuluq və digər cinayəti əməlini həyata keçirdiyi məlum olub. Təhqiqat zamanı PKK terror qruplaşması ilə əlaqədə olan 9 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılanlar terror təşkilatına üzv olmaqda ittiham edilərək həbs olunublar. Şübhəlilərdən biri məhkəmə tərəfindən sərbəst buraxılıb.

Son xəbərlər

Orphus sistemi