Türkiyədə motosikletin partlaması nəticəsində 7 nəfər yaralanıb

Digər ölkələr
  • 07 iyul, 2017
  • 22:49
Türkiyədə motosikletin partlaması nəticəsində 7 nəfər yaralanıb

Bakı. 8 iyul. REPORT.AZ/ Türkiyədə motosikletin partlaması nəticəsində 7 nəfər xəsarət alıb.

"Report" "CNN Türk" telekanalına istinadən xəbər verir ki, partlayış iyulun 7-si yerli vaxtla saat təqribən 22:30-da beşmərtəbəli binanın yaxınlığında baş verib.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Bina sakinləri təxliyyə edilib.

44 filmi