Yuxarı

Türkiyədə məskunlaşan suriyalı qaçqınların sayı 2 milyonu keçib

Müvəqqəti məskunlaşma yerlərində 80 min şagird təhsil alır

Bakı. 26 sentyabr. REPORT.AZ/ Hazırda Türkiyədə 2 milyon 27 min 981 nəfər suriyalı qaçqın yaşayır. "Report" türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin 10 müxtəlif vilayətində qurulan 25 konteyner və çadır şəhərciyində 60 min konteyner və çadırda 260 min qaçqın yaşayır.

Müvəqqəti məskunlaşma yerlərində 80 min şagirdə təhsil verilir, təxminən 60 min gənc üçün müxtəlif sahələr üzrə kurslar keçirilir.

Suriyalı qaçqınlara BMT-dən 304 milyon dollar, Avropa İttifaqının tərkibində yer alan ölkələrdən isə bütövlükdə 1,5 milyon dollarlıq yardım edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi