Türkiyədə İŞİD-in 8 silahlısı zərərsizləşdirilib, SAO-nun 7 əsgəri həlak olub

Türkiyədə İŞİD-in 8 silahlısı zərərsizləşdirilib, SAO-nun 7 əsgəri həlak olub Bölgədəki Türkiyə hərbçiləri xəsarət almayıb
Digər ölkələr
15 Fevral , 2017 16:58
Türkiyədə İŞİD-in 8 silahlısı zərərsizləşdirilib, SAO-nun 7 əsgəri həlak olub

Bakı. 15 fevral. REPORT.AZ/ Suriyanın Əl-Bab bölgəsində terrorçu İŞİD qruplaşması silahlılarının Bəşşər Əsəd rejiminə müxalif olan Suriya Azadlıq Ordusunun (SAO) müvəqqəti düşərgəsinə bomba yüklənmiş avtomobillə hücum edərkən 8 terrorçu zərərsizləşdirilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilib ki, avtomobildəki iki terrorçu-kamikadzenin özünü partlatması nəticəsində isə SAO-nun 7 əsgəri həlak olub.

Məlumata görə, bölgədəki Türkiyə hərbçiləri xəsarət almayıb.

Xəbərdə qeyd olunub ki, Baş Qərargah Əl-Babın böyük hissəsini terrorçulardan təmizlədiklərini və əməliyyatın davam etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi