Türkiyədə gənc bacısını öldürüb, valideynlərini ağır yaralayıb

Türkiyədə gənc bacısını öldürüb, valideynlərini ağır yaralayıb Türkiyədə iraqlı gənc ailə üzvlərini bıçaqlayıb.
Digər ölkələr
7 Aprel , 2019 10:13
Türkiyədə gənc bacısını öldürüb, valideynlərini ağır yaralayıb

Türkiyədə iraqlı gənc ailə üzvlərini bıçaqlayıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Niğdə şəhərinin Aşağıkayabaşı məhəlləsində baş verib. Məlumata görə, iraqlı ailədə hələlik məlum olmayan səbəbdən baş verən mübahisə sonda qanla bitib.

Belə ki, 29 yaşlı gənc Yəhya Məhəmməd Berzo, atası Məhəmməd Berzo, anası Fahriyə Qəmbər və bacısı Nur Məhəmməd Berzonu bıçaqlayıb. Bədəninin müxtəlif yerlərindən bıçaq yarası alan Nur Məhəmməd Berzo hadisə yerində keçinib.

Bıçaq yarası alan digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda iraqlı gəncin anası, Fahriyə Qəmbərin vəziyyəti ağırdır. Artıq hadisəni törədən 29 yaşlı gənc polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi