​Türkiyədə G-20 ölkələri liderlərinin sammiti start götürüb - FOTO

Digər ölkələr
  • 15 noyabr, 2015
  • 12:49
​Türkiyədə G-20 ölkələri liderlərinin sammiti start götürüb - FOTO

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyədə G-20 ölkələri liderlərinin sammiti öz işinə başlayıb. Antalya əyalətində keçirilən tədbir iki gün davam edəcək.

"Report" xəbər verir ki, plana görə açılış mərasimindən sonra işgüzar sessiya keçiriləcək.

Dövlət başçıları qlobal iqtisadiyyat, məşğulluq və investisiya strategiyasını müzakirə edəcəklər.

Sammit işkirakçıları axşam saatlarında terrorçuluq və qaçqın böhranı problemini müzakirəyə çıxaracaqlar. Sammitin ikinci günü maliyyə tənzimlənməsi, BVF islahatları, anti-korrupsiya fəaliyyəti məsələlərinə həsr olunacaq. Son sessiyada ölkə liderləri energetika və beynəlxalq ticarəti müzakirə edəcəklər.

"Böyük İyirmilik" ölkələrindən yalnız Argentina və Fransa prezidentləri sammitə qatılmayıblar.