Türkiyədə bir ailənin 5 üzvü qətlə yetirilib

Türkiyədə bir ailənin 5 üzvü qətlə yetirilib Faktla əlaqədar bir nəfər şübhəli şəxs qismində saxlanılıb
Digər ölkələr
29 Mart , 2017 02:30
Türkiyədə bir ailənin 5 üzvü qətlə yetirilib
Foto: "Habertürk"

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyədə ağır cinayət hadisəsi baş verib.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Anadolunun Kozan rayonunda qeydə alınıb.

Belə ki, Çokak məhəlləsində yaşayan Hüseyn Doğana aid evə gələn naməlum şəxs bir ailənin 5 üzvünü - iki qardaşı, onların həyat yoldaşlarını və bir azyaşlını silahla qətlə yetirib.

Öldürülənlər 43 yaşlı Hüseyn Doğan, həyat yoldaşı Aişə Ayrançı və 8 yaşlı övladı Hakkı Doğan, qardaşı Mehmet Doğan və onun xanımı Fatma Yavuzdur.

Hadisə zamanı sağ qalmış ailənin yeganə üzvü bu barədə sakinlərə, onlar isə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlayıb. Faktla əlaqədar bir nəfər şübhəli şəxs qismində saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi