Türkiyədə 43 terrorçu zərərsizləşdirilib

Türkiyədə 43 terrorçu zərərsizləşdirilib Zərərsizləşdirilən terrorçulardan 28-i məhv edilib
Digər ölkələr
16 Avqust , 2017 04:29
Türkiyədə 43 terrorçu zərərsizləşdirilib

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın 43 terrorçusunu zərərsizləşdirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, antiterror əməliyyatları Mardin, Şırnak, Tunceli, Muş, Hakkari və Diyarbəkir vilayətlərində keçirilib. Zərərsizləşdirilən terrorçulardan 28-i məhv edilib, 14 nəfər təhlükəsizlik qüvvələrinə təslim olub, 1 nəfər tutulub.

Əməliyyatlar zamanı PKK-nın 15 sığınacağı məhv edilib. Bununla yanaşı, terrorçulardan 47 ədəd silah, 37 əl qumbarası, 2,7 ton partlayıcı maddə götürülüb. 

Son xəbərlər

Orphus sistemi