Türkiyə XİN ABŞ-ın Ankaranı F-35 proqramından çıxarmasını pisləyib

Türkiyə XİN ABŞ-ın Ankaranı F-35 proqramından çıxarmasını pisləyib Vaşinqtonun Türkiyənin F-35-lərin yaradılması üzrə proqramdan çıxarması qərarı ölkələr arasındakı ittifaqın ruhuna uyğun deyil.
Digər ölkələr
18 İyul , 2019 01:33
Türkiyə XİN ABŞ-ın Ankaranı F-35 proqramından çıxarmasını pisləyib

Vaşinqtonun Türkiyənin F-35-lərin yaradılması üzrə proqramdan çıxarması qərarı ölkələr arasındakı ittifaqın ruhuna uyğun deyil.

"Report" xəbər verir ki, bu fikir Türkiyə Xаrici İşlər Nаzirliyinin bəyanatında yer alıb.

Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ-ın "S-400"lər üzrə birgə işçi qrupu formalaşdırmaqdan imtinası rəsmi Vaşinqtonun problemi vicdanla həll etmək istəmədiyini göstərir.

"Türkiyə ABŞ-ı respublikanı F-35 proqramından çıxarmasından imtina etməyə çağırır, bu, ikitərəfli münasibətlərə aradan qaldırıla bilməyən zərər vuracaq", - Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Nazirlik ABŞ-ın bu qərarını birtərəfliqanunsuz adlandırıb.  

Son xəbərlər

Orphus sistemi